Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili LGBT hüquqlarını məhdudlaşdıran qanunları, o cümlədən “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə “Exo of Caucasus” məlumat yayıb.
Papuaşvili öz bəyanatında təsdiq edilmiş qanunları "insan üçün ən qiymətli olanı – ailəni və uşaqları qoruyan" qanunu adlandırıb.
“Bu qanun bütün vətəndaşların hüquqlarını, o cümlədən ifadə azadlığını qoruyur ki, başqalarının hüquqları pozulmasın ki, bu da əsl demokratiyanın mahiyyəti və ideyasıdır”, - deyə spiker bildirib.
O, həmçinin qeyd edib ki, hakimiyyət “bəzi xarici tərəfdaşların” tənqidinə hazırdır.
Xatırladaq ki, ötən gün Gürcüstan prezidenti Salome Zurabişvili respublikada LGBT təbliğatını qadağan edən qanunu imzalamaqdan imtina edib.
Seymur Əli