Rusiyanın məşhur sosial media fenomeni Arina Qluzanova Gürcüstanın paytaxtı Tbilisidə metronun pilləkənlərindən yıxılaraq ölüb.
"Unikal" xəbər verir ki, 27 yaşlı Qluzanovanın video çəkmək istəyərkən yıxıldığı öyrənilib. "TikTok"da yayımladığı videolarla tanınan gənc qadının iki rəfiqəsini lentə alarkən səhvən pilləkənlərdən yıxıldığı məlum olub.
Gənc qızın qışqırtısı və yıxılma anı da lentə alınıb.
Qorxunc anın videosu daha sonra Qluzanovanın "TikTok" hesabında yayımlanıb.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlsə də, gənc qadının həyatını xilas etmək mümkün olmayıb.
Zərifə Nağıyeva