Dominikan Respublikası qeyri-qanuni mühacirlərin sayının artması səbəbindən ölkədə qeyri-qanuni yaşayanların kütləvi deportasiyasına başlayacağını və hər həftə 10 minə yaxın haitilini deportasiya edəcəyini açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü Homero Figueroa açıqlama verib.
Figueroa, sərhəd nəzarətinin gücləndiriləcəyini və ölkədə qeyri-qanuni olaraq qalan təxminən 10 min Haitili qeyri-qanuni immiqrantın hər həftə deportasiya ediləcəyini bildirib.
Dominikan Respublikası keçən il Haitili olaraq təyin olunan 174 mindən çox qeyri-qanuni immiqrantı, bu ilin ilk yarısında isə 67 min nəfəri deportasiya edib.
Uzun illərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları kimi fundamental problemlərlə mübarizə aparan Haiti 11 milyonu keçən əhalisi ilə aclıq təhlükəsi ilə üz-üzədir. Haitinin paytaxtı Port-au Prinsin 80 faizinə silahlı dəstələrin nəzarət etdiyi ölkədə zorakılıq gündən-günə artır.
Gülayə Mecid