Metronun “28 May” stansiyasında sərnişin stansiya yoluna düşüb. 

Bu barədə "Unikal"a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Bildirilib ki, qatar maşinisti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Lakin sərnişin (kişi cinsi) vəfat edib. 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.