Gədəbəydə həmkəndlisini bıçaqlayan şəxs saxlanıb.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşların keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1995-ci il təvəllüdlü Zöhrab Məmmədov saxlanılıb.

Araşdırmalar davam etdirilir

XXX

19:21

Gədəbəydə 45 yaşlı kişi biçaqlanıb.

"Unikal"ın məlumatına görə hadisə rayonun Arıqıran kəndində qeydə alınıb. 1979-ci il təvəllüdlü Adil Nuhov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralıya yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Bıçaqlanan şəxs hadisə zamanı sərxoş olub.

İlkin məlumata görə, 45 yaşlı kişini həmkəndlisi bıçaqlayıb. Məlumata görə, hadisəni mühafizə polisinin əməkdaşı törədib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov