Almaniyanın Bavariya federal əyalətində yerləşən Bamberq şəhərindəki hoteldə baş vermiş yanğın nəticəsində azı 11 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, “Bild” nəşri bu barədə şəhər polisinə istinadla məlumat yayıb.
Bildirilib ki, xəsarət alanların üçü xəstəxanaya yerləşdirilib.
Hazırda 70-ə yaxın müştərinin yerləşdiyi hoteldə otaqların yaşayış üçün yararlılığı yoxlanılır. Hotel növbəti xəbərdarlığa qədər boşaldılıb.