Polşanın Jeşuva şəhərindən olan Krıstian Herba yeni dünya rekordu qırıb. İdmançı velosipedlə tullanmaq texnikasından istifadə edərək Varşavanın mərkəzində “Varso” qalasının 4 mindən çox pilləkənindən yuxarı qalxıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu, Avropa İttifaqında ən hündür binadır.
Bina 53 mərtəbəlidir, şpil ilə birlikdə hündürlüyü 310 metr təşkil edir. K.Herba artıq 7-ci dəfədir Ginnesin rekordçusu olur.
"Gələn il bu rekordu 100 faiz yeniləmək istəyirəm. Düşünürəm ki, 4500-4600 pilləkəni qət etmək istəyəcəyəm, lakin hələ buna baxarıq”, - deyə idmançı bildirib.
Qeyd edək ki, bu günə qədər Krıstian Herba 4 qitədəki 13 ölkədə 18 müxtəlif yarışlarda qalib gəlib.