ABŞ-nin cənub-şərqini vuran "Helen" qasırğasının qurbanlarının sayı azı 227 nəfərə çatıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, "Helen" qasırğası ABŞ-nin elektrik şəbəkəsinə ciddi ziyan vurub. Bir milyona yaxın insan işıqsız qalıb. Onların əksəriyyəti Şimali və Cənubi Karolina ştatlarında yaşayır, Şimalda isə ev təsərrüfatlarının təxminən 90%-i elektrik enerjisini itirib. Bundan başqa, su təchizatı və kommunikasiya sistemləri, eləcə də nəqliyyat infrastrukturu zədələnib.