Rusiya və Azərbaycan təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regional problemlərin həllinin vacibliyinə əsaslanaraq bütün sahələrdə fəal əməkdaşlıq edirlər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclası çərçivəsində açıqlayıb.
"Biz kollektiv Qərb ölkələrinin, NATO-nun bulanıq sularda balıq tutmaq və ondan əvvəl o suyu qarışdırmaq üçün böyük istəyini görürük. Hesab edirəm ki, bunu Bakı da, regionun digər ölkələri də yaxşı bilir", - Zaxarova bildirib.
Diplomat qeyd edib ki, Cənubi Qafqaz ölkələri dünyanın müxtəlif yerlərində müşahidə olunan sabitliyin pozulmasının regionumuzda yayılmamasına əmin olmalıdır: "Bu bölgə çox əziyyət çəkib, müxtəlif xalqların insanlarının qəlbində izlər buraxan çoxsaylı münaqişələr, qanlı, amansız müharibələr keçib. Ona görə də kim istəsə gəlib rahatlıqla kömək etsə, hamı xoş qarşılanacaq. Cibində bıçaq saxlayanlar isə rayonumuzu tərk etsinlər. Biz birlikdə bu regionda sülhü qorumaq üçün çox səy göstərmişik".
Ağarza Elçinoğlu