2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhid hərbçisi Hüseyn Tağıyev şəhadətinin ildönümündə yad edilib.
"Unikal" xəbər verir ki, anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Anım mərasiminə qatılan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin yaxınlarına dərin hüznlə başsaglığı verib.
Hüseyn Tağıyev 8 avqust 1991-ci il tarixində Bakı şəhərində anadan olub. O, orta təhsilini Müşfiq adına 18 nömrəli məktəbdə alıb. Ağdam N saylı hərbi hissəsində vətənə xidmət edib. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edən H.Tağıyev 2020-ci ilin oktyabr ayının 5-də şəhidlik zirvəsinə ucalıb.
Tağıyev Hüseyn Oktay oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunması uğrunda” medalı ilə təltif edilib.