Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Aşurbəy Məmmədzadənin rəhbərlik etdiyi “Versetech” komandası “TEKNOFEST 2024”ün Antalyada keçirilən final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə birinci yerə layiq görülüb.
"Unikal" xəbər verir ki, Türkiyənin Adana şəhərində keçirilən mükafatlandırılma mərasimində UNEC tələbəsi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif edilib.
32 komandaya qarşı yarışan “Versetech” komandası “PsychoAI” layihəsi ilə 76.88 xal toplayaraq, 80.000 TL məbləğində birincilik mükafatını əldə edib.
Qeyd edək ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEXNOFEST-də bu il 788161 komandanın 1 630 000 iştirakçısı ilə rekord say qeydə alınıb