2025-ci ilin birinci rübündə Fransa Kiyevə yeni “hava-yer” silahları ilə təchiz edilmiş “Mirage 2000” qırıcıları tədarük edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastian Lekorne özünün X hesabında yazıb.
"Mirage 2000 qırıcılarının Ukraynaya çatdırılması 2025-ci ilin birinci rübündə planlaşdırılır. Onlar yeni hava-yer silahları və elektron döyüş sistemləri ilə təchiz olunacaqlar", - nazir qeyd edib.
O, həmçinin xatırladıb ki, Fransa ukraynalı pilot və mexaniklərin hazırlığını davam etdirir.
Ağarza Elçinoğlu