Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 08 oktyabr 2024-cü il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əhalinin sıx məskunlaşdığı Abşeron rayonu, St.Sumqayıt ərazisində salınmış istirahət parkında, Vasili Əliyev adına Rayon Mədəniyyət evinin həyətində, Rayon İcra Hakimiyyətinin həyətində, Sumqayıt şəhər 40-cı məhəllə, Şəhid, Milli Qəhrəman Şükür Həmidovun abidəsinin ətrafında, Sumqayıt şəhər 26-cı məhəllə, Şəhid Balakişi Hüseynovun abidəsinin ətrafında təmizlik işləri aparıldı, gül kolları əkilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin işçiləri, Kommunal Müəssisələr Kombinatının işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə yaşayan rayon sakinləri iştirak ediblər.
Ümumilikdə 3200 ədəd gül kolları əkilib.