Rusiya BMT-nin baş katibi Antonio Quterreşi qarşıdan gələn BRİKS sammitinə rəsmi şəkildə dəvət edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin “Rossiya Seqodnya” nəşrinə açıqlamasında bildirib.
"Sammit oktyabrın 22-dən 24-də Kazanda baş tutacaq və orada bir çox ölkələrin nümayəndələri iştirak edəcək", - deyə diplomat deyib.
Xatırladaq ki, dünən Rusiya lideri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi BRİKS sammitinə dəvət edib.
Ağarza Elçinoğlu