Rusiya Qərbin zəmanəti müqabilində Kiyevin atəşkəsə hazır olduğuna dair siqnal almayıb.
"Unikal" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.
“Xeyr, biz siqnallar almadıq, indi bu məsələdə çoxlu əsaslandırma və sxolastika var ”, - deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı mətbuatda çoxlu spekulyasiyalar gedir, amma heç kim heç bir tədbir görmür.
Bundan əvvəl “Corriere della Sera” qəzeti Ukrayna prezidenti Volodimir Zelenskinin yeni sərhədləri tanımadan atəşkəsə hazır olduğunu, lakin Aİ-yə sürətləndirilmiş üzvlük zəmanəti almaq istədiyini yazıb.
Gülayə Mecid