Çin fond bazarının kəskin artımı "Bloomberg Billionaires Index"də çinli milyarderlərin sayının artmasına səbəb olub.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, dünyanın 500 ən varlı adamı siyahısına 55 çinli iş adamı daxil edilib ki, bu da sentyabrın 23-ü ilə müqayisədə 9 nəfər çoxdur. Bu artım Si Cinpin hökumətinin elan etdiyi bir sıra iqtisadi dəstək tədbirləri ilə bağlıdır.
Çin səhmlərinin CSI 300 indeksi stimul elan edildikdən sonra 30% -dən çox artıb. Çinli milyarderlər arasında lider "Nongfu Spring Co"nun təsisçisi olub. Təxminən 54 milyard dollar sərvəti ilə "Zhong Shanshan"dan sonra "PDD Holdings"in qurucusu Colin Huang gəlir.
Reytinqin yeni iştirakçıları arasında ən zəngini "East Money Information"ın sədri və təsisçisi Qi Shi olub. Onun şirkətinin səhmləri sentyabrın 23-dən 127% artıb.
Onun ardınca Çində 700-dən çox göz xəstəxanası olan bir səhiyyə şirkəti olan Shenzhen siyahısında olan "Aier Eye Hospital Group"-un sədri Chen Ban gəlir. Siyahını KE Holdings daşınmaz əmlak qrupunun qurucusu Zuo Huinin dul arvadı Çju Yan tamamlayır.
Gülayə Mecid