Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının sədri Qaregin Baqramyan istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə komissiyanın mətbuat xidməti məlumat yayıb.
İstefanın səbəbləri açıqlanmır.
Baqramyan bu vəzifəni 2019-cu ilin aprelindən tuturdu, əvvəllər energetika infrastrukturu və təbii sərvətlər nazirinin müavini olub.