Kaliforniyada keçirilən "Tesla" təqdimatında İlon Mask bir neçə innovativ məhsulu, o cümlədən yeni robotaksi və Optimus robotunu təqdim edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Robotaxi (Cybercab) sükanı və ya pedalı olmayan xüsusi hazırlanmış avtonom avtomobildir. Futuristik dizaynda yuxarı açılan qapılar və yalnız iki sərnişinin oturacağı kabin var. Avtomobil şəbəkəyə qoşulmadan induktiv şəkildə doldurulacaq.
Mask, avtonom avtomobillərin insanların idarə etdiyi avtomobillərdən 10-20 dəfə daha təhlükəsiz olacağını söylədi. Tam avtonom idarəetmənin gələn il Texas və Kaliforniyada istifadəyə verilməsi planlaşdırılır, Cybercab isə 2026-cı ilə qədər istehsalda olacaq. Avtomobillər bazara 2027-ci ildən tez çıxmayacaq.
İş adamı Teslanın son inkişafını “düyməni bas və unut” prinsipi ilə işləyən liftlə müqayisə edib.
"Biz yolların görünüşünü dəyişdirmək istəyirdik. Gələcək gələcəyə bənzəməlidir".
Bundan əlavə, İlon Mask 20-30 min dollara başa gələcək Optimusun yeni nəslini nümayiş etdirib.
Gülayə Mecid