Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Gəncəyə səfər edib.
"Unikal" xəbər verir ki, Kamran Əliyev şəhərin Gülüstan qəsəbəsində yerləşən “İstiqlal” parkındakı “Memorial Abidə Kompleksi”ni ziyarət edib, önünə gül dəstələri qoyub. Şəhidlərin xatirəsi ehtiramla yad edilib.