İsrailin müdafiə naziri Yoav Qalant oktyabrın 1-də raket hücumuna cavab olaraq tezliklə İrana zərbə endirəcəyini vəd edib.
"Unikal" “The Times of Israel”ə istinadən xəbər verir ki, nazir bunu Qəzza zolağında saxlanılan girovların bir qrup qohumu ilə görüşündə deyib.
Onun məlumatına görə, İsrail İranın hücumuna “tezliklə cavab verəcəyini” deyib. "Bu, dəqiq və ölümcül cavab olacaq", - deyə nazir əlavə edib.
Bundan əvvəl "Kan" dövlət televiziya və radio şirkəti İsrailin baş naziri Binyamin Netanyahunun Qalant və bəzi digər əsas nazirlərlə İrana hücumun parametrləri və vaxtı ilə bağlı razılığa gəldiyini və indi İsrail Nazirlər Kabinetindən yekun təsdiqin gözləndiyini bildirmişdi.