23 yaşlı britaniyalı qadın dünyanın 14 ən yüksək zirvəsini fəth edən "Ən gənc qadın alpinist" olaraq tarixə düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı Adriana Braunli oktyabrın 9-da Tibetdə Şişapanqmanın zirvəsinə çatanda ağladığını etiraf edib. O, uşaqlıq arzusunu həyata keçirdiyini ifadə edib.
20 yaşında Adriana Everesti fəth edib. Sonrakı üç il ərzində o, hündürlüyü 8 min metrdən çox olan dünyanın qalan zirvələrinə qalxıb.
Beləliklə, alpinist dünyanın 14 ən yüksək zirvəsini, o cümlədən K2 zirvəsini fəth edən dünyanın ən gənc qadını olub.
Dünyada dəniz səviyyəsindən 8000 m hündürlükdə cəmi 14 dağ var və onların hamısı Nepal, Tibet və Pakistandakı Himalay və Qarakoram dağ silsilələrində yerləşir.
Bunlara Everest (8849 m), K2 (8611 m), Dhaulagiri (8167 m) və Nanqa Parbat (8126 m) daxildir.
Gülayə Mecid