Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya vilayətində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, hadisə anı canlı efir zamanı müşahidə edilib. Aparıcı təmkinlə zəlzələnin başa çatmasını gözləyib və daha sonra yayımına davam edib.
Türkiyə mediasında yer alan xəbərlərə görə, zəlzələ anında panikaya düşən vətəndaşlar evlərindən və iş yerlərindən küçələrə axışıblar. Zəlzələnin dağıntılara səbəb olub-olmadığını hələlik müəyyən edilməyib.