"Amerikanın siyasi cəmiyyəti həyasızlıqdan və ədəb qaydalarına biganəlikdən əziyyət çəkir".
"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
"Həyasızlıq son illərdə Amerika siyasəti üçün bəla oldu. Nisbətən yaxın keçmişdə qəzəb doğura biləcək dəhşətli bəyanatlar və hərəkətlər indi o qədər geniş yayılmışdır ki, laqeydlik çox vaxt şoku üstələyir", - deyə nəşr vurğulayıb.
Nəşrin fikrincə, Amerika siyasətində ədəb qaydalarına münasibətin dəyişməsinə səbəb internetin inkişafıdır, çünki baxışları artırmaq üçün sensasiyalı nəsə dərc etmək lazımdır.
Gülayə Mecid