“3+3” platforması Cənubi Qafqazda və Yaxın Şərqdə davamlı sülh və sabitliyə nail olmaq üçün effektiv mexanizmdir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Bu format həm də ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək üçün bir fürsətdir", - diplomat bildirib.
O qeyd edib ki, oktyabrın 17-18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin İran, Rusiya və Türkiyənin daxil olduğu formatda iştirak etmək üçün İstanbula səfər edəcək.
Zaxarova həmçinin deyib ki, tədbir çərçivəsində Rusiya xarici işlər naziri bir sıra ikitərəfli görüşlər keçirəcək.
Ağarza Elçinoğlu