Sidney şəhərətrafı Randvik şəhər şurası mənşəyi naməlum qara toplara görə yerli Kuci çimərliyini bağlayıb.
"Unikal" xəbər verir ki, bu barədə şuranın saytında məlumat verilir.
"Sidneydəki Kuci çimərliyi mənşəyi naməlum top formalı zibil parçası aşkar etdikdən sonra növbəti bildirişə qədər bağlıdır", - bəyanatda deyilir.
Randvik Şəhər Şurası hələ də topların mənşəyini və materialını müəyyən edə bilməyib. Ehtimal olunur ki, bunlar neft, su və zibillə təmasda olduqda əmələ gələn, neftin suya sızması zamanı yaranan “qətran topları” ola bilər.