Xəbər verdiyimiz kimi, Nigeriyanın şimalında yanacaq tankeri qəzaya uğrayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, qəzadan sonra baş vermiş partlayış nəticəsində azı 147 nəfər ölüb. Sakinlər sızan yanacağı toplamaq üçün aşmış tankerin ətrafına toplaşıb. Partlayış da elə bu zaman baş verib. 

Ölənlərin çoxu tanınmayacaq dərəcədə yanıb. Daha 140 nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.