Meksika sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri 159,8 min insanın yaşadığı Manzanillo şəhərindən 279 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Əfqanıstanda isə 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri 12 minə yaxın insanın yaşadığı Jorm kəndindən 40 km cənubda olub. Zəlzələ ocağı 190 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.