ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "EA-18G Growler" tipli döyüş təyyarəsi qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki,  hadisə Vaşinqton ştatında təlim uçuşu zamanı Rainier dağının şərqində baş verib. 

Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada təyyarədə 2 ekipaj üzvü olduğu və ekipaj üçün helikopter yardımı ilə axtarış-xilasetmə əməliyyatının başladığı bildirilib.

Qəzanın səbəbi hələlik məlum deyil.

Gülayə Mecid