Ukrayna prezidenti Volodimir Zelenski sentyabrda səfəri zamanı ABŞ hökumətindən pul istəməyib.
"Unikal" xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ senatorlarına istinadən məlumat dərc edib.
"İndi Zelenski ehtiyac duyduğu hər şeyə sahibdir. Ona görə də o, pul istəməyib",- materialda deyilir.
Senatorlar qeyd ediblər ki, Ukrayna lideri “birbaşa əlavə maliyyə tələb etməyib”. Eyni zamanda, Amerikanın Ukraynaya yardımı 2025-ci ilin əvvəlində başa çatacaq. Materialın müəllifləri qeyd ediblər ki, hazırda dəstəyin uzadılması ilə bağlı heç bir rəsmi təsdiq yoxdur.
Zelenski sentyabrın 18-də Nyu-Yorka gedib. Orada Ukrayna lideri BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak edib. Vaşinqtonda Zelenski amerikalı həmkarı Co Bayden ilə danışıqlar aparıb.
Gülayə Mecid