Qırğızıstanda qar uçqunu nəticəsində insanlar itkin düşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Cəlal-Abad vilayətinin Çatkal rayonunda Ak-Sai dağı yaxınlığında qar uçqunu nəticəsində 6 nəfərin itkin düşdüyü və axtarış işlərinin getdiyi bildirilib.

Xatırladaq ki, oktyabrın 9-da 14 nəfərdən ibarət qrup dağlara çıxıb. Aparılan axtarış nəticəsində onlardan 8 nəfər tapılıb. Qalan 6 nəfərin axtarışlarının isə davam edir.

Zərifə Nağıyeva