İsrail qüvvələri Livanın Mhaibib kəndində çox sayda partlayıcı qurğunu işə salıb. Nəticədə ərazi tamamilə yox olub.
"Unikal" xəbər verir ki, İsrail ordusunun məlumatına görə, məqsəd "Hizbullah" terror infrastrukturunu məhv etmək olub.
Partlayış PUA-larla da qeydə alınıb. Hadisə nəticəsində bütün kəndin toz buludlarına büründüyü görünür. Peyk görüntüləmə şirkəti "Planet Labs" kəndin partlayışdan əvvəl və sonrakı görüntülərini dərc edib. Görüntülərdən görünür ki, kənddən heç nə qalmayıb.
Bildirək ki, İsrail ordusu öncədən xəbərdarlıq edərək, kəndin sakinlərini təxliyə olunmasını tapşırmışdı.
Gülayə Mecid