“Yalnız axmaqlar qocaları yüksək vəzifələrə təyin edir".

"Unikal" xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp bu barədə "Bloomberg News"-a müsahibəsində bildirib.

78 yaşlı Tramp müsahibəsində, ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyünü xatırladanlara qarşı bu şərhi rədd edib və öz yaşı ilə bağlı olan suallara məhəl qoymayıb.

Qeyd edək ki, Tramp Ağ Evdə daha dörd il müddətinə namizədliyini irəli sürür və hazırda ABŞ tarixində prezidentliyə ən yaşlı namizəddir. O, Noyabrın 5-də baş tutacaq seçkilərdə seçilərsə, 2029-cu ildə səlahiyyət müddətini başa vuranda 82 yaşı olacaq.

Zərifə Nağıyeva