"Rusiya 2020-ci ildən bizə xəyanət edir".
"Unikal" xəbər verir ki, bunu erməni deputat Qaqik Melkonyan deyib.
"Əgər biz Rusiya ilə iqtisadi münasibətdəyiksə, münasibətlərimiz var. İndi biz Rusiyanın bizə hökm etməsini istəmiriksə, bu o deməkdir ki, Rusiyaya gedib ruslarla danışmaq düzgün deyil? Axı biz iqtisadi cəhətdən bir-birimizlə bağlıyıq və elə deyil ki, təkcə biz Rusiyaya bağlıyıq, onlar da bizdən faydalanır", - deyə deputat bildirib.
Onun sözlərinə görə, Ermənistan 2020-ci ilə qədər təhlükəsizliyini həmişə Rusiya ilə əlaqələndirib: "Rusiya təhlükəsizliyimizin qarantı hesab edilirdi. Lakin 2020-ci ildən sonra biz gördük ki, Rusiya nəyisə dəyişdi, müttəfiqini dəyişdi, onun müttəfiqi Ermənistan deyil, Azərbaycandır, Azərbaycanın maraqlarını qorudu. Rusiya 2020-ci ildən bizə xəyanət edir".
Ağarza Elçinoğlu