ABŞ prezidenti Co Bayden dövlət katibi Entoni Blinkeni yaxın vaxtlarda İsrailə göndərmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı zamanı Blinkenin qarşıdan gələn səfərindən danışıb.
"Mən Netanyahuya zəng edərək HƏMAS lideri Yəhya Sinvarın məhv edilməsi münasibətilə təbrik etdim. Onun əllərində çoxlu qan var - Amerika qanı, İsrail qanı və başqaları ", - Bayden deyib.
Amerika lideri əlavə edib ki, onun fikrincə, Yaxın Şərqdə hərbi əməliyyatlara son qoymağın vaxtı çatıb.
Xatırladaq ki, bir müddət əvvəl İsrailin xarici işlər naziri İsrael Katz HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın məhv edildiyini təsdiqləyib .