Cənubi Koreyanın kəşfiyyat agentliyi Şimali Koreyanın Ukrayna müharibəsində iştirak etmək üçün 12 min əsgər göndərmək qərarına gəldiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.
Bir gün əvvəl Brüsseldə çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski də Şimali Koreyadan müharibəyə cəlb oluna biləcək 10 min hərbçi haqqında danışıb.
Moskva isə Şimali Koreya silahlı qüvvələrini Ukraynadakı hərbi əməliyyatlara cəlb etməyə hazır olması ilə bağlı son xəbərləri yalan hesab edir.
Ağarza Elçinoğlu