Müğənni Alla Puqaçova 11 yaşlı oğlu Harri ilə Kiprdə görüntülənib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, müğənninin əri Maksim Qalkin isə ailəsinin yanında deyil. Ehtimala görə, aparıcı hazırda Floridada yaşayır.
Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Puqaçova əri Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib. Həmçinin, ulduz cütlüyü tez-tez daşınmaz əmlakları olan Latviya və Kiprdə görüblər. Sentyabrın əvvəlində Qalkin etiraf etdi ki, onun dəqiq yerini açıqlamaq çətindir, çünki o, tez-tez dünyanı gəzir, ABŞ, Latviya, İsrail və Kiprə səfər edir.