"Bir cümhuriyyət şarkısı" filminin qala gecəsi keçirilib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, təqdimat gecəsində diqqət çəkən məqamlardan biri də layihədə "Atatürk"ü canlandıran Ertan Sabanın geyimi olub.
O, gecəyə cins şalvar ilə gəlib. Aktyorun bu seçimi isə sosial şəbəkədə müzakirələrə səbəb olub. İnsanlar aktyorun qala gecəsinə uyğun geyinmədiyini bildiriblər.