Almaniya çempionatının 7-ci turunda çempion "Bayer" Leverkuzendə Frankfurt "Ayntraxt"ını qəbul edib.

"Unikal" xəbər verir ki, matç "Bayer"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

İspaniyalı Xabi Alonsonun rəhbərlik etdiyi komandadan almaniyalı yarımmüdafiəçi Robert Andriç və nigeriyalı hücumçu Viktor Bonifas fərqlənib.

"Bayer" 14 xalla dördüncü, "Ayntraxt" 13 xalla 5-ci pillədə qərarlaşıb.

Ağarza Elçinoğlu