Bu gün Misli Premyer Liqasının I turunda daha iki oyun keçiriləcək.
"Unikal" xəbər verir ki, ilk olaraq meydana "İmişli" və "Turan Tovuz" komandaları çıxacaq. Şamaxı şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da start götürəcək.
Günün digər matçında "Neftçi" "Şamaxı"nı qəbul edəcək. Oyun saat 20:00-da "Neftçi Arena"da başlayacaq.
Qeyd edək ki, ötən gün mövsümün ilk matçında "Karvan-Yevlax" ilə "Qəbələ" qollu heç-heçə edib - 1:1.