Azərbaycan millisinin daha bir üzvü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatının gümüş medalını qazanıb.

"Unikal" xəbər verir ki, yığmamızın aktivinə növbəti mükafatı Nicat Hüseynov yazdırıb.

51 kq-da çıxış edən boksçumuz fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Bununla da, yığmamızın Sofiyada əldə etdiyi medalların sayı isə üçə yüksəlib. Hüseynovdan öncə Tural Sarıyev (48 kq) ikinci, Marjona Savriyeva (50 kq) üçüncü yeri tutub.

*** 17:33

Azərbaycan boksçusu Tural Sarıyev Avropa çempionatında gümüş medal qazanıb.

"Unikal" xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü bu mükafata Bolqarıstanın paytaxtı Sofiyada nail olub.

Qeyd edək ki, bu gün yığmamızın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.