Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam etdirirlir.
"Unikal" xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq keçirilən növbəti ağacəkmə aksiyası Ziyadlı kəndinin inzibati ərazisində, Samux-Kür yolunun kənarında təşkil olunub.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, RİH-nin əməkdaşları, idarə müəssisə və təşkilatların kollektivləri, eləcə də gənc könüllülər avtomobil yolunun kənarına yerli iqlim şəraitinə uyğun gələn şam, çinar və sərv ağacları əkiblər.
Aksiya çərçivəsində əvvəl əkilən ağac tinglərinə aqro-texniki qulluq göstərilib və yenidən suvarılması təmin edilib. Qeyd edək ki, son iki gün ərzində Samux rayonunda 4 mindən çox ting əkilib.
Kampaniyanın oktyabr ayının sonundək davam etdirilməsi nəzərdə tutulur. Rayon ərazisində mövsüm ərzində 20 hektar ərazidə 12 minədək şam, çinar və sərv ağaclarının əkilməsi planlaşdırılır.