Moskvanın Tversk məhkəməsi bloger Dmitri İvanovu (Rusiyada xarici agent kimi tanınan Kamikadze Di) Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında saxtakarlıq ittihamı ilə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmə qərarı açıqlanıb.
"İvanov təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilsin, ekstradisiya edildiyi və ya Rusiya Federasiyasının ərazisində saxlandığı andan ümumi rejimli koloniyada cəza çəksin", - deyə məhkəmənin qərarında deyilir.
İvanova qarşı cinayət işinin başlanmasına onun "YouTube"da 2022-ci il 17 və 18 mart tarixli Mariupol hadisələri ilə bağlı videoları, habelə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova barəsində tənqidləri səbəb olub.