İtaliya millisinin sabiq üzvü Leonardo Bonuççi yığmada işləyəcək.
"Unikal" İtaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, ölkəsinin U-20 komandasına məşqçi təyin olunub.
37 yaşlı Bonuççi baş məşqçi Bernardo Korradinin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən mütəxəssis İtaliya millisində 121 oyuna çıxaraq 8 qola imza atıb.