UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start verilib.
"Unikal" xəbər verir ki, azarkeşlər 9 oyuna şahidlik ediblər.
Gecənin prinsipial matçlarından biri İspaniyada keçirilib. Real Madrid” evdə Almaniyanın “Borussiya” (Dortmund) kollektivini 5:2 hesabı ilə üstələyib.
“Arsenal” (İngiltərə) isə doğma meydanda Ukrayna “Şaxtyor”una (Donetsk) minimal hesabla qalib gəlib - 1:0.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
“Milan” (İtaliya) - “Brügge” (Belçika) - 3:1
“Monako” (Fransa) - “Srvena Zvezda” (Serbiya) - 5:1
PSJ (Fransa) - PSV (Niderland) - 1:1
“Yuventus” (İtaliya) - “Ştutqart” (Almaniya) - 0:1
“Aston Villa” (İngiltərə) - “Bolonya” (İtaliya) - 2:0
“Jirona” (İspaniya) - “Slovan” (Slovakiya) - 2:0
“Şturm” (Avstriya) - “Sportinq” (Portuqaliya) - 0:2
“Real Madrid” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) -5:2
"Arsenal" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:0
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin III turuna bu gün yekun vurulacaq.