Şimali Koreyada ölkə lideri Kim Çen In strateji raket bazalarına baş çəkib.
"Unikal" xəbər verir ki, bu barədə Koreyanın rəsmi Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
KİV bildirir ki, söhbət nüvə başlıqlarının saxlandığı obyektlərdən gedir.
Fəhlə Partiyasının baş katibi bu bölmələrdə gecə-gündüz növbətçilik edən hərbçilərə təşəkkür edib və qeyd edib ki, Şimali Koreya dövlətinin təhlükəsizliyini təmin edən məhz kütləvi qırğın silahlarıdır.
KXDR rəhbəri ABŞ-dən getdikcə artan nüvə təhlükəsindən də danışıb və Pxenyanın öz çəkindirici qüvvələrini modernləşdirməyə davam edəcəyini vurğulayıb.
Gülayə Mecid