Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın oğlu Dieqo Sinaqra İspaniya çempionatının üçüncü divizionunda çıxış edən “İbarra” futbol klubunun baş məşqçisi olub. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Biz kiçik Maradonanı təqdim etməkdən məmnunuq. Xoş gəldiniz, sizə uğurlar arzulayırıq", - deyə klubun mətbuat xidmətindən bildirilib.

Komanda Kanar adalarında yerləşir. Hazırda "İbarra" 7 xalla Terseranın 12-ci qrupunda 14-cü yeri tutur.

Ağarza Elçinoğlu