Xətai rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir. Aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Unikal" xəbər verir ki, aksiya çərçivəsində rayon ərazisində yerləşən magistral yolların kənarında müxtəlif növ ağac və gül kolları əkilir.
Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması, 30 000 ədəd ağac və kol bitkilərinin əkilməsi, həmçinin, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.