Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” olmuş Ruben Vardanyanın həbsdə saxlama müddətinin uzadılması ilə bağlı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.
"Unikal" xəbər verir ki, R.Vardanyan vəkili ilə birgə prosesdə iştirak edib. Onlar həbs qərarının ləğv edilməsini xahiş ediblər.
Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi R.Vardanyanın barəsində cinayət işinin materiallarını tədqiq edib, işin hallarını araşdıraraq yekun qərarını elan edib.
Qərara əsasən apellyasiya şikayəti əsassız olduğundan rədd edilib.