“Monako” Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində səfərdə “Srvena Zvezda” üzərində 5:1 hesabı ilə inamlı qələbə qazanıb.
"Unikal" fanat-a istinadən xəbər verir ki, Monakodakı "II Lui" stadionunda baş tutan görüşün nəticəsi 20 illik rekordun təkrarlanması ilə yadda qalıb.
Moneqasklar 2004-cü il dekabrın 8-də Çempionlar Liqasının qrup mərhələsində "Deportivo"nu fərqli hesabla məğlub etdikdən (5:0) sonra ilk dəfə avrokubok matçında 5 qol vurub.
Bundan əlavə, "Monako" 2024/25 mövsümünün başlanğıcından bəri məğlubiyyətsizlik seriyasını 11 matça çatdırıb.
Fransa klubu ÇL-in Liqa mərhələsində yeddi xal toplayıb.