Belçika 4-cü liqasında oynanan futbol matçında baş verən hadisə gündəm yaradıb.

"Unikal" xəbər verir ki, "KSCT Menen"in "SK Zillebeke"ni 4-0 məğlub etdiyi matçda 2 qol vuran Fabio Schiafino ikinci qolunu qeyd edərkən rəqib azarkeşlər tərəfindən meydana atılan yad maddənin əlində partlaması nəticəsində 3 barmağını itirib.

Belə ki, futbolçu atılan maddəni kənara atmaq istəyib. Lakin bu baş verməyib və  maddə əlində partlayıb.  Hadisədən sonra Fabio xəstəxanaya aparılıb. Əməliyyata alınan futbolçunun 3 barmağı amputasiya edilməli olub.

Gülayə Mecid